Zelenski ABŞ merlərinə səsləndi: “Ukrayna şəhərlərinin yenidən bərpasına kömək edin”backend

Zelenski ABŞ merlərinə səsləndi: “Ukrayna şəhərlərinin yenidən bərpasına kömək edin”

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ merlərinin 90-cı illik konfransında çıxış edib. Tədbiri giriş sözü ilə ABŞ-ın vitse-prezidenti Kamala Harris açıb.

KONKRET.az “korrespondent.net” saytına istinadən xəbər verir ki, konfransda Hyuston, Santa Fe, Medison, Kolumbus və bir sıra digər şəhərlərin merləri iştirak ediblər.

“Ukrayna azadlığını müdafiə edə biləcək və tiranlıq, şübhəsiz ki, məhv olacaq. İnsanlar yenidən Ukrayna şəhərlərində dinc və təhlükəsiz yaşaya biləcəklər. Və bunun daha sürətli baş verməsi üçün müharibədən sonra iddialı bir layihə planlaşdırdıq. Mən sizi – şəhərlərinizi, şirkətlərinizi və mütəxəssislərinizi bu layihənin həyata keçirilməsində iştirak etməyə dəvət edirəm. Siz həm də azadlığı müdafiə edən və tiranlıq tarixinə son qoyan insanlar ola bilərsiniz. Birləşmiş Ştatların rəhbərliyi və bütün tərəfdaşlarımızın dəstəyi ilə Ukrayna azadlığı uğrunda mübarizə aparmağa hazırdır”, – deyə o, müraciətdə bildirib.

Zelenski Ukraynanın müharibədən sonra yenidən qurulmasının zəruriliyinə diqqət çəkib:

“Ancaq siz həm də azad dünyanın iqtisadi üstünlüyünü nümayiş etdirməlisiniz. Ona görə də biz tərəfdaşlarımızı Ukraynanın bərpasına qoşulmağa dəvət edirik. Rusiya zərbələri nəticəsində məhv edilmiş bir şəhərə, bölgəyə və ya sənayeyə himayədarlıq edə bilərsiniz”.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*