Ukrayna Prezidenti Volodimr Zelenski Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə telefonla danışıb.
KONKRET.az xəbər verir ki, bu barədə Prezident Zelenski “Twitter”də yazıb:
“Biz Almaniya xalqının Avropa İttifaqına gedən yolda Ukraynaya göstərdiyi həmrəyliyi və Rusiya təcavüzünə qarşı mübarizədə dəstəyini yüksək qiymətləndiririk. Kremençuka edilən qeyri-insani hücumla bağlı Prezidentin başsağlığına görə təşəkkür etdim”, – Zelenski qeyd edib.
