“Zelenski hər gün yalan danışır” – Slovakiyalı siyasətçi Ukrayna liderini dinləməkdən İMTİNA ETDİbackend

“Zelenski hər gün yalan danışır” – Slovakiyalı siyasətçi Ukrayna liderini dinləməkdən İMTİNA ETDİ

Slovakiyanın müxalifət lideri gündəlik yalan danışdığına görə Zelenskini dinləməkdən imtina edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Robert Fikonun fikrincə, Zelenskinin çıxışı Slovakiyanın maraqlarına xələl gətirir.

Belə ki, Slovakiyanın “Kürs-Sosial Demokratiya” partiyasının lideri Robert Fiko Ukrayna prezidenti Vladimir Zelenskinin Milli Şuranın deputatları qarşısında çıxışını dinləməkdən imtina edib. Buna səbəb kimi Ukrayna liderinin hər gün yalan danışdığını göstərib.

Məlumata görə, siyasətçi Zelenskinin çıxışlarının Slovakiyanın maraqlarına zərər vurduğu qənaətindədir. Robert Fiko qeyd edib ki, Rusiyadan neft və qaz tədarükünün dayandırılması ölkəyə ciddi ziyan vurur.

Xatırladaq ki, daha öncə Slovakiya Energetika Nazirliyi Rusiyaya qarşı neft embarqosunun Avropanın iqtisadiyyatını məhv edəcəyini açıqlayıb.  Ölkənin iqtisadiyyat naziri Riçard Sulik embarqonun təkcə Slovakiyanın deyil, Avstriya, Çexiya və Ukrayna kimi ölkələrin enerji təchizatına mənfi təsir göstərəcəyini diqqətə çatdırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*