
Kiyev. Şənbə, 30 mart, günün sonu. Prezident seçkilərinin birinci turu öncəsi seçkiqabağı təşviqat başa çatıb.
Mən isə qara köynəkdə, boğuq səslə, enerji və təravətlə fışqıran qısa boylu bir kişi ilə Müqəddəs Sofiya Katedrali yaxınlığındakı balıq restoranında iki saat vaxt keçirəcəyəm. Bu, o vaxt çox az tanınan, ertəsi günsə səsvermənin birinci turunda böyük fərqlə qalib gələrək dünyanı heyrətə gətirəcək yumorist Volodimir Zelenskidir.
Bizim görüşü keçmiş Maliyyə naziri Oleksandr Danilyuk təşkil edib. Ünsiyyətimizin əsas anlarını lentə alacaq çəkiliş qrupu məni müşayiət edir. Onunla görüşün əvvəlindəcə mən dərhal ona deyirəm ki, “mən Pyotr Poroşenkonun dostuyam, onunla bir gün əvvəl görüşmüşəm. Əlavə edirəm ki, heç kim onun üç böyükx idmətini dana bilməz. Birincisi o, ordu qurub. İkincisi, Odessa və Mariupolu Ukraynanın şəhəri kimi saxlayıb.O zaman Ukrayna Rusiyanın təcavüzü qarşısında idi və buna görə o, ölkəni borc və tənəzzüldən xilas etdi”.
“Bilirəm,” sözümü kəsir. “Bunlar uğurdur. Ancaq bunların hamısı köhnə tarixdir. İndi qarşınızdayam”.
Yeri gəlmişkən o, vaxtilə Poroşenko ilə yaxın münasibətdə olub.
Zelenski dedi ki, “Mənim məhz onun komandasına qoşulmaq və siyasətə gəlmək ideyasının sahibi Poroşenkodur”.
Zelenskinin dostu, ukraynalı Bono Vakarçukla da söhbətlərimiz oldu. O, uzun müddət öz namizədliyindən imtina etmədi. Sonda isə Zelenskinin lehinə namizədliyini geri götürdü.
O görüşdən xeyli zaman keçib. Dəyişməyən bir şey var, o da Zelenskidir. Doğrudur, Zelenski Putinə qarşı güclü müqavimət göstərdi. Lakin məndə bir əminlik var. Bu adamın görmə qabiliyyəti yoxdur, gözləri var, amma görmür. O zaman o mənə Rusiya prezidenti barədə bilirsiniz nə dedi?! Dedi ki, “Bilirsiniz, hətta mən də onu güldürə bilirəm. Bu məcburi gülüş olacaq, amma yenə də gülüşdür. Və buna məni yaxşı tanıyan bütün rus gəncləri güləcək. Bilirsiniz də məşhur ifadə var- “Kral çılpaqdır?”
Bu gün isə hamı Putinə yox, Zelenskiyə gülür. Çünki, o çılpaqdır. Onun ən adi fəaliyyət proqramı belə yoxdur. Hələ bu harasıdır. Onun heç vahid komandası da yoxdur. Və bu gün formal olaraq görünən komandadan o çox böyük sürprizlər alacaq.
Ən əsası o hər yerdə yəhudi olduğunu söyləyir. Amma hələ də təəccüblüdür ki, indi yəhudilərin və Babi Yarın kütləvi edamlarının baş verdiyi ölkənin prezidenti yəhudi olduğunu gizlətmir. O, bu qırğınlar diyarı olan Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindən sağ qalmış yəhudi ailəsindəndir. Zelenski ilə ilk görüşümüzdə onun yəhudi olması ilə bağlı sualıma çox qəribə bir cavab verdi: “Mənim yəhudi olmağım çatışmazlıqlarımın uzun siyahısında 20-ci yerdədir”. Yəni bu adam özü etiraf edir ki, ən azı 20 çatışmazlığı var.
Və nəhayət, Zelenskinin indi düşdüyü duruma heç üzülmürəm. Ancaq məğlubiyyəti ilə barışmaq bu gün də mənim üçün çətin olan Pyotr Poroşenkoya çox üzülürəm. Ən azı ona görə ki, o xarakter idi. Və Ukraynanı əzmək istəyən Vladimir Putinə qarşı BÖYÜK ADAM idi.

super yazı, əsl filosof yazısı, həm də yəhudi bir filosofun…bu yazı zelenski barədə mənim şübhələrimi bir daha təsdiqlədi…..o döyüşən 1 ölkənin başçısı olmamalıydı əsla,… axı o 1 aktyordur…onu bu ölkənin başına gətirənlər bunu gözəl bilirdi və onun gəlişi putinə çox sərf etdi …bu indi tam bəlli oldu..tanrı özü qorusun Ukraynanı…