Prezidentin sözçüsü Dmitri Peskov cümə günü jurnalistlərə bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin cümə axşamı İndoneziya prezidenti Coko Vidodo vasitəsilə Rusiya lideri Vladimir Putinə göndərdiyi mesaj yazı formasında olmayıb.
KONKRET.az xəbər verir ki, Kremlin sözçüsü belə bir mesajın təfərrüatları ilə bağlı TASS-ın sualını cavablandırıb.
“Biz hansısa yazılı mesajdan danışmırıq. Mənin sizə deyə biləcəyim yeganə şey budur”, – Peskov qeyd edib.
Roman Göytürk,
KONKRET.az
