Zelenski keçmiş səfiri müşavir təyin etdibackend

Zelenski keçmiş səfiri müşavir təyin etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Ukraynadakı keçmiş səfiri Oksana Markarovanı ölkənin bərpası və investisiyaları üzrə müşaviri təyin edib.

KONKRET.az xəbər verir ki, Zelenski bu barədə özünün Teleqram kanalında məlumat verib.

“Bu gündən etibarən Oksana Markarova Ukraynanın bərpası və investisiya məsələləri üzrə məsləhətçim kimi ölkəmizə kömək etməyə davam edəcək. Ölkəmiz artıq dörd ildir ki, Rusiyanın təcavüzü ilə üzləşir, ona görə də əsas vəzifə Ukraynanı lazımi silahlarla, hava hücumundan müdafiə sistemləri ilə və daxili sabitlik üçün kifayət qədər resurslarla təmin etməkdir”, – Zelenski bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*