“Krım işğaldan azad edilməlidir”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Beynəlxalq Krım Platformasının sammitinin açılışında deyib.
Zelenski Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına nəzarəti bərpa etmək məqsədini bir daha təsdiqləyib.
“Terrora qalib gəlmək üçün Rusiya təcavüzünə qarşı mübarizədə qalib gəlmək lazımdır. Krım azad edilməlidir”, – Zelenski deyib.
Dövlət başçısı işğalçılar tərəfindən həbsdə olan Krım tatar siyasətçisi Nəriman Cəlalın məktubundan sitat gətirib: “Bu, Krımdan başlayıb, Krımda da bitəcək”.
“Düzdür, mən buna yüz faiz inanıram. Terrora qalib gəlmək, regionumuzda, Avropada və bütün dünyada proqnozlaşdırıla bilənliyi və təhlükəsizliyi bərpa etmək üçün Rusiyanın təcavüzünə qarşı mübarizədə qalib gəlməliyik. Bu o deməkdir ki, Krım işğaldan azad edilməlidir. Harada başladısa, orada da bitəcək. Bu isə beynəlxalq hüquqi nizamın effektiv reanimasiyası olacaq”, – deyə Zelenski vurğulayıb.
O xatırladıb ki, bu, təkcə siyasətlə bağlı deyil, konkret torpaq, şəhərlər, insanlar, mədəniyyətlə bağlıdır.
“Mən bilirəm ki, Krım Ukraynanın yanındadır və bizim geri dönməyimizi gözləyir. İstəyirəm ki, hamınız biləsiniz ki, biz geri dönəcəyik. Biz geri qayıdanda və işğalçıların Ukrayna yarımadamızda etdikləri hər şeyi düzəldəcəyik”, -deyə prezident əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
