Zelenski məşhur İlan adasına getdibackend

Zelenski məşhur İlan adasına getdi

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün, iyulun 8-də İlan (Zmeynı) adasına səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Sizə cansağlığı arzulayıram, əziz ukraynalılar. Bu gün biz İlandayıq – işğalçının, bütün Ukrayna kimi, heç vaxt fəth etməyəcəyi İlanda – çünki biz igidlər ölkəsiyik. Bu gün biz burada ukraynalı qəhrəmanlarımızı, bu ada uğrunda döyüşən, onu azad edən bütün əsgərlərimizi ehtiramla yad etdik. İlan – bizim Qara dənizimizin ortasında kiçik bir torpaq parçası olsa da, bu, Ukraynanın ərazisinin hər bir hissəsini özünə qaytaracağına böyük sübutdur”, – deyə Zelenski deyib.O, adada olduğu müddətdə orada həlak olan ukraynalı döyüşçülərin xatirəsinə ucaldılmış müvəqqəti abidənin önünə də gül dəstələri qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*