Zelenski metroların bağlanmasına göstəriş verdibackend

Zelenski metroların bağlanmasına göstəriş verdi

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkədə koronavirus səbəbindən bütün metro stansiyaları martın 18-i saat 12:00-dan etibarən bağlanmalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında bildirib.

“İnfrastruktur Nazirliyi 18 mart 2020-ci il saat 12:00-dan etibarən metro stansiyalarının fəaliyyətini dayandıracaq”, – deyə ölkə başçısı açıqlama verib.

Onun sözlərinə görə, şəhər daxilində taksilərdə və mikroavtobuslarda 10 nəfərə, trolleybus-tramvaylarda isə 20 nəfərədək adamın daşınmasına icazə verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*