Zelenski Putini yenidən danışıqlara ÇAĞIRDI – Kremldən REAKSİYAbackend

Zelenski Putini yenidən danışıqlara ÇAĞIRDI - Kremldən REAKSİYA

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə danışıqlar aparmağı təklif edib.

KONKRET.az “RBK-Ukrayna” nəşrinə istinadən xəbər verir ki, Zelenski jurnalistlərin suallarına cavab verərkən bu barədə danışıb.

“Diplomatiya biz danışıqlar masası arxasında əyləşdikdə başlayacaq”, – deyə Ukrayna Prezidenti söyləyib.

O, danışıqların istənilən formatına hazır olduğunu da vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində Zelenskinin bu açıqlamasına münasibət bildirib. Onun sözlərinə görə, Kiyev dəfələrlə Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib, lakin heç vaxt görüşün hansı məqsədlə keçirilmə səbəbinə aydınlıq gətirməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*