Zelenski: “Rusiya Ukraynada hakimiyyəti dəyişdirmək üçün əməliyyat hazırlayır”backend

Zelenski: “Rusiya Ukraynada hakimiyyəti dəyişdirmək üçün əməliyyat hazırlayır”

“Rusiya ölkədə parçalanma və xaos yaratmaq üçün bir sıra tədbirlər planlaşdırır. Həmin əməliyyatlardan biri Ukrayna cəmiyyətinə böyükmiqyaslı dezinformasiyaya məruz qoymaqdır. Bu əməliyyat baş tutarsa, proses hökumətin devrilməsi ilə nəticələnəcək”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Bloomberg-ə müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, Ukrayna kəşfiyyatının məlumatları Ukraynanın müttəfiqləri tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, Rusiya hakimiyyəti 2014-cü ildə prezident Viktor Yanukoviçin istefasına səbəb olan aylarla davam edən etirazları dövlət çevrilişi hesab etdiyi üçün ölkədə bu plan “Maydan-3” kimi tanınıb.

“Maydan onlar üçün çevrilişdir, ona görə də əməliyyat aydındır”, – deyə Zelenski əlavə edib.

Bundan əvvəl Online.ua Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən Ukraynada sabitliyi pozmaq məqsədi ilə genişmiqyaslı “Maydan-3” informasiya hücumu barədə yazmışdı.

Nəşr hesab edir ki, Rusiya xüsusi xidmət orqanlarının informasiya kampaniyası 2023-cü ilin noyabr-dekabr aylarına planlaşdırılıb. Həmçinin əməliyyatın kuratorunun Kremlin siyasi blokunun rəhbəri Sergey Kiriyenkonun, ideoloqunun isə Rusiya Federasiyası prezidentinin keçmiş köməkçisi Vladislav Surkov olduğu iddia edilir.

Noyabrın əvvəlində “The Economist” Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə müsahibəni dərc edib və o, cəbhədəki vəziyyətin dalana dirəndiyini bildirib. Bu bəyanat Ukrayna cəmiyyətində böyük rezonansa səbəb olub və prezidentin dəftərxanası əlavə edib ki, ali baş komandanın sözləri Ukraynanın beynəlxalq tərəfdaşları arasında “çaxnaşma” yaradıb.

Tezliklə prezident Volodimir Zelenskinin aparatı Zalujnının bəyanatlarını təkzib edib.

Eyni zamanda, müharibə illərində Ukraynanın ən tanınan siyasətçilərindən birinə çevrilən Aleksey Arestoviç prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. O, həmçinin seçki proqramını təqdim edib.

Rusiya mediası isə iddi edir ki, Ukrayna Silahlı Qüvvələri müdafiəyə keçməyi və Ukrayna NATO-ya daxil olan zaman işğal olunmuş əraziləri geri almayacağı öhdəliyi ilə daxil olmağı tələb edəcək.

Aretoviç “Meduza”ya müsahibəsində əlavə etdi ki, onun proqramı “ümumiyyətlə insanlar tərəfindən müsbət qarşılanıb”.

Rəsmiyyə Şərifova,

KONKRET.az


 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*