“Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin taleyini təkrarlayacaq”.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Zelenski Saakaşvilinin taleyini təkrarlayacaq. Vaşinqton və Brüssel kuklalarının taleyi həmişə eyni şəkildə bitir: onlardan xilas olurlar. Növbəti yerdə Zelenski gəlir. Saakaşvili yalnız qalstuk çeynəməsi ilə yadda qalıb. Ona indi xor baxılır, həbs olunub. Eyni şey Zelenskidən də gözlənilir”, – Volodin “Telegram” kanalında bildirib.
