Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə şirkətinə təşəkkür edib.
KONKRET.az xəbər verir ki, bu məlumatı Prezident Admistrasiyasının rəsmi feysbuk səhifəsi yayıb.
Belə ki, Zelenski adını açıqlamasa da ölkənin qərbində baş verən daşqınlar zamanı köməyinə görə Türkiyə şirkətinə minnətdarlığını bildirib:
“Ukraynanı belə sevən, yardım edən bir Türkiyə şirkəti var, təşəkkür edirəm”.
Xatırladaq ki, bir neçə gün əvvəl Ukraynada baş verən sel səbəbi ilə 3 nəfər dünyasını dəyişib, bölgədəki evlərə ziddi ziyan dəyib.
