Zelenski Ukrayna Təhlükəsizlik Şurasının tərkibini dəyişdibackend

Zelenski Ukrayna Təhlükəsizlik Şurasının tərkibini dəyişdi

Ukrayna Pprezidenti Volodimir Zelenski Ali Baş Komandanlıq Qərargahının və Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) tərkibini dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti məlumat yayıb.

V.Zelenski Silahlı Qüvvələrin yeni baş komandanı Aleksandr Sırskini Ali Baş Komandanlıq Qərargahının tərkibinə salıb. O, həmçinin Valeri Zalujnını Qərargahın tərkibindən çıxarıb.

Digər fərmanla V.Zelenski A.Sırskini MTMŞ-nin tərkibinə daxil edib. Eyni zamanda, V.Zalujnı və keçmiş veteranlarla iş üzrə nazir Yuliya Laputina MTMŞ-nin tərkibindən çıxarılıb.Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*