Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyunbackend

Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, enerji sazişi çərçivəsində Rusiya Ukrayna ordusunun zərbə endirməyəcəyi obyektlərin siyahısını “masaya qoymalıdır”.

KONKRET.az xəbər verir ki, “CBS News”a müsahibə verən Zelenski enerji atəşkəsinə hazır olduqlarını, lakin bunun Ukrayna üçün nə demək olduğunu vurğulayıb.

O, qeyd edib ki, enerji obyektlərinə zərbələrin dayandırılması məsələsi Kiyevdə ABŞ-ın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar zamanı qaldırılıb və Rusiya neft emalı zavodlarına (NEZ) zərbə vurmamaq təklif edilib.

Eyni zamanda, Ukrayna lideri taxıl ixracının blokadası məsələsinin də həll olunmalı olduğunu, Ukraynanın təxminən 30 milyon ton, Rusiyanın isə 70 milyon ton kənd təsərrüfatı məhsulu satmalı olduğunu xatırladıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*