Ukrayna Prezidenti Volodimir Zelenski baş nazir, Prezident Aparatının rəhbəri ilə birlikdə Kiyevin hökumət məhəlləsindəki Ofisin yaxınlığında video çəkib.
KONKRET.az xəbər verir ki, müvafiq videonu o, İnstagram səhifəsində yerləşdirib.
Zelenski buna oxşar videonu genişmiqyaslı işğalın əvvəlində, rus təbliğatçıları Ukrayna prezidentinin ölkə ərazisini tərk etməsi ilə bağlı dezinformasiya yayarkən lentə alıb.
İyunun 3-də yayımlanan yeni videoçarx Ukrayna xalqının Rusiya işğalına qarşı mübarizəsinin 100-cü gününə həsr olunub.
Roman Göytürk,
KONKRET.az
