Zelenskinin Bolqarıstana səfəri buna görə təxirə düşə bilərbackend

Zelenskinin Bolqarıstana səfəri buna görə təxirə düşə bilər

Bolqarıstan Müdafiə Nazirliyinin rəhbəri Todor Taqarev Ukrayna prezidenti Volodimir Zelenskinin respublikaya səfərinin bu səfərlə bağlı məlumatların sızması səbəbindən ləğv edilə biləcəyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb.

“Mənim mediaya bu cür məlumatların sızması ilə bağlı təəssüfümü bildirmək imkanım olub. Bu baş verməməli idi. Ukrayna hərbi münaqişə vəziyyətindədir, Zelenski baş komandandır”, – deyə Taqarev bildirib.

O vurğulayıb ki, Zelenskinin Bolqarıstana səfəri ilə bağlı məlumatların sızması səfərin ləğvi üçün ilkin şərt ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*