Zelenskinin Rusiya ilə bağlı açıqlamasına Peskovdan REAKSİYAbackend

Zelenskinin Rusiya ilə bağlı açıqlamasına Peskovdan REAKSİYA

“Rusiya ilə Ukrayna arasında müharibə ehtimalı ilə bağlı deyilənlər apokaliptikdir (dünyanın sonu ilə bağlı elmi-fantastik əsərlərə verilən ad)”.

KONKRET.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov Ukrayna lideri Vladimir Zelenskinin, “Ukraynanın Rusiya ilə müharibə etmək ehtimalı var” – açıqlamasını şərh edərkən deyib.

O, “heç bir apokaliptik gözləntilərə qapılmaq istəməzdik”, – deyə qeyd edib.

Qeyd edək ki, Zelenski bu gün keçirilən forumda, “Rusiya ilə müharibə etmək ehtimalı var, ancaq bu ən böyük səhv olardı. Onu da qeyd etmək istəyirəm ki, Ukrayna heç vaxt Rusiyanın bir hissəsinə çevrilməyəcək”, – deyə açıqlama vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*