Türkiyənin cənub-şərqindəki zəlzələ bölgəsindən 39 Rusiya vətəndaşı təxliyə edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyədəki Rusiya səfirliyi məlumat yayıb.
“Həmvətənlərin toplanması və yola salınması səfirliyin əməkdaşları tərəfindən təşkil olunub. Təyyarə isə Türkiyədə Akkuyu atom elektrik stansiyasını inşa edən Rosatom şirkəti tərəfindən təmin edilib”, – deyə məlumatda bildirilib.
