Dünya Bankı fevralın əvvəlində baş verən zəlzələlərin Suriyaya vurduğu ziyanı 5,1 milyard dollar həcmində qiymətləndirib ki, bu da ölkənin ÜDM-nin təxminən 10%-ni təşkil edir.
KONKRET.az xəbər verir ki, müvafiq hesabat qurumun saytında dərc olunub.
Bildirilib ki, ən çox zərər Hələb əyalətinə dəyib, dağıntıların 45%-i (təxminən 2,3 milyard dollar) bu əyalətin payına düşüb. Sonrakı yerləri İdlib (37% – 1,9 milyard) və Latakiya (11% – 549 milyon) əyalətləri tutur.
“Bu itkilər Suriya xalqının son illər ərzində çəkdiyi iztirab və məhrumiyyətləri daha da artırır. Fəlakət işgüzar fəallığın azalmasına gətirib çıxaracaq, Suriyanın iqtisadi inkişaf perspektivlərini daha da pisləşdirəcək”, – Dünya Bankının Yaxın Şərq üzrə direktoru Jan-Kristof Karre deyib.
Xatırladaq ki, fevralın 6-da Suriyada güclü zəlzələ baş verib. Səkkiz gün sonra yerli hakimiyyət orqanları təbii fəlakət nəticəsində 1414 nəfərin öldüyünü açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az
