Sabiq deputat Zəminə Dünyamalıyeva Haqq Ədalət Partiyasının (HƏP) sədr müavini vəzifəsindən istefa verib.
KONKRET.az-ın xəbərinə görə, buna səbəb partiyadaxili narazılıqdır.
Bildirilir ki, Z.Dünyamalıyeva partiya sədrinin digər müavini sabiq səfir İsfəndiyar Vahabzadə ilə çəkişmədə olub. Bu, xanım sədr müavininin istefası ilə nəticələnib.
İddialarla bağlı Z.Dünyamalıyeva ilə əlaqə saxlasaq da, zənglərə cavab verməyib.
Qeyd: HƏP-in sədri sabiq səhiyyə naziri Əli İnsanovdur. Pravda.az

Zəmində bir yerdə bənd alan deyil. Artıq neçənci dəfədir ki, partiyasını dəyişir. Bu onda adət halını alıb. Görünür onun üçün partiya dəyişmək paltarını və ya corabın dəyişmək qədər adidir. Yəqin ortada ” maraqlı” bir şey olur. O çox iddialıdır. Olduğu yerdə haqlı- haqsız ən azı ikinci adam olmaq istər. Potensialı isə buna əsla imkan vermir. Aglı isə bunu dərk etməyə. Aglı dərk etməyə imkan versə belə tamahı buna razı olmaz.. Nəysə günah bunu dartıb yanına alandadır. Bunu ilk dəfə hələ 93- cü ildə Ağdamlı karyer Qasımı sürüyüb YAP- a “bəraət” aldırmaga gətirındə gördüm. Açıq bilinirdi ki, nəyinsə müqabilində.. O zaman həqiqətən belə şeyləri düşünmək belə yoxdu. Əli Nağıyev Zəminəni otaqdan qovsa da əl çəkmirdi…