“Zəngəzur istiqamətində hücum olarsa, Qarabağdan olan ermənilər iki tərəfdən köməyə gələcəklər”.
KONKRET.az xəbər verir ki, bunu erməni hərbi ekspert Vitali Manqasaryan bildirib.
“Düşmənlərimizlə bir az bəxtimiz gətirib. Çox səmimi olduqları mənada şansımız gətirib. Açıq danışırlar. Məqsədlərində çox səmimidirlər. Sadəcə olaraq, biz o insanları müxtəlif mərhələlərdə ciddi qəbul etməmişik. İndi bizə deyirlər ki, istəsək də, istəməsək də qarşımızda duran problemləri həll edəcəyik. Onlar hər cür irəliləməyə çalışacaqlar. Bu, diplomatik və ya hərbi yolla olacaq. Artıq burada müqavimət göstərməyə çalışmalıyıq. Bütün bunların qarşısını almaq üçün nə etməli olduğumuzu başa düşməliyik.
Hərbi nöqteyi-nəzərdən onlar indi Qarabağa təzyiq göstərməyə çalışırlar. Çünki çox gözəl başa düşürlər ki, əgər bu və ya digər mərhələdə Zəngəzur istiqamətində əməliyyatlar həyata keçirsələr, Qarabağdan Ermənistana hərbi dəstək olacaq.
Bəli, Qarabağdan bizə kömək edəcəklər. Başqa yol olmasa, o zaman Qarabağdan iki cəbhə açacağıq. Ona görə də indiki mərhələdə “müdafiə ordusu”nu zərərsizləşdirməyə çalışırlar. Onlar qarşılarında duran problemləri mümkün qədər səmərəli şəkildə həll etmək üçün əllərindən gələni edirlər”, – Manqasaryan deyib.
P.S. Qoymayın, üstümüzə gör kim gəlir… Bu yerdə deyiblər, “bişmiş toyuğun gülməyi gəlir”. Əzəmətli Azərbaycan Ordusunun “çeçələ barmağı” qədər gücü olmayan Ermənistan ordusu köməyə Qarabağdakı separatçı tör-töküntülərinin qalıqlarından ibarət quldur dəstələrini çağıracaq. Və onlar da bizi “məhv etməyə” gələcək… Nə deyim, vallah, nə desən ola bilər xəyallarda, yuxularda.
Xuraman Etibarlı,
KONKRET.az