Bu gün azad olunan Zəngilan şəhərinə Azərbaycan bayrağı sancılıb.
Hazırda Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri Azərbaycan Prezidentinə məruzə ediblər.
KONKRET.az xəbər verir ki, məruzədə deyilib:
“Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hal-hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.
KONKRET.az sevinclə həmin videonu təqdim edir:
