backend

Zeynəb Xanlarovanın ölüm xəbərini yayan şəxs tapıldı - "Cəsarətin çatırsa, gəl..."

Əməkdar artist Mehriban Xanlarova sosial media hesabında bibisi, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbərini yayan şəxsin videosunu yayımlayıb.

KONKRET.az olke.az-a istinadən bildirir ki, Mehriban Xanlarova öz ”İnstagram” hesabında Zeynəb Xanlarovanın ölüm xəbərini yayan şəxsin xaricdə yaşayan azərbaycanlı bloger olduğunu deyib:

”Zeynəb Xanlarovanın haqqında təbliğat xarakterli ölüm xəbərini yayan, xaricdə yaşayan siyasi bloqer Orxan Ağayevdir. Burdan üzümü tutub ona demək istəyirəm ki, xaricdə oturub arvad kimi qeybət edərək, artığ-əskik danışmağı özüvə kişilik bilmə. Cəsarətin çatırsa, gəl Bakıya mən səninlə təkbətək görüşməyə hazıram. Onda bilərik, aslan kimdir, çaqqal kimdir? Buyur səni gözləyirəm Bakıda”.

Qeyd edək ki, Z.Xanlarovanın oğlu Ramin Babayev mətbuata açıqlamasında anasının səhhətinin yaxşı olduğunu bildirib.

  • Fikrət Hacıyev
    May 19, 2020 - 17:49

    Orxan Ağayev bir az əvvəl guya Ramiz Mehdiyevin öldürülməsi barədə də məlumat yaymışdı. Belə şeylərlə zarafat etmək olmaz axı. İnanmıram ki, Ramiz Mehdiyevin xalqımız arasında böyük hörmətə malik olduğunu kimsə dilə gətirə, amma hər halda, kimliyindən asılı olmayaraq, belə şeylərlə zarafat etmək günahdır və mən əminəm ki, belə işlərə görə qanun qarşısında cavab veməli olacaq Orxan Ağayev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*