“Zirə” 250 min dollarlıq istəyi geri çevirdi, imza atılmadıbackend

"Zirə" 250 min dollarlıq istəyi geri çevirdi, imza atılmadı

Avropa Liqasında iştirak edəcək «Zirə»nin Əyyub Allaşla apardığı danışıqların nəticəsi bilinib.

KONKRET.az xəbər verir ki, Mərakeş kökənli yarımmüdafiəçi «qartallar»la anlaşa bilməyib.

Premyer Liqanın gümüş medalçısı və ölkə kubokunun finalçısı «Qəbələ»dən ayrılan legionerin maliyyə şərtlərini yerinə yetirməkdən imtina edib.

Belçika vətəndaşlığı daşıyan 25 yaşlı yaşlı orta sahə oyunçusunun illik 250 min dollar maaş istəyi zirəlilərə çox gəlib.

Son 2 mövsümü Azərbaycanda keçirən Allaş, böyük ehtimalla, karyerasını Kiprdə davam etdirəcək. (sportinfo.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*