“Zirə” bu ölkəni seçdi – Rəqiblər bəlli deyilbackend

"Zirə" bu ölkəni seçdi - Rəqiblər bəlli deyil

Premyer Liqada gümüş medalları qazanan “Zirə” ölkəmizi Avropa Liqasında təmsil edəcək.

KONKRET.az xəbər verir ki, paytaxt təmsilçisinin hazırlıq planı bəlli olub. Rəşad Sadıqovun komandası iyunun 20-nə kimi Bakıda toplaşacaq. “Qartallar” 1 həftəlik toplanışı keçmək üçün stadion axtarışındadır. İyun 20-dən sonra isə əsas hazırlıq prosesi başlayacaq.

“Zirə” Türkiyəyə yollanacaq. “Qartallar” Boluda təlim-məşq toplanışı keçəcək. Klubun hansı rəqiblərlə yoxlama oyunu keçirəcəkləri hələ bəlli deyil. (Offsideplus.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*