backend

Zöhrab Mnaçakanyanın istefaya getməsi səbəblərinin detalları məlum oldu

“Ermənistanın kapitilyasiya barıdı imzaladığı anlaşmadan şoka düşən Xarici İşlər Nazirliyinin bütün əməkdaşları nazirə güclü təzyiqlər etməyə başladı”.

KONKRET.az xəbər verir ki, bu barədə “Qraparak” nəşri yazıb.

Portal yazır ki, XİN-in kollektivi hesab edir ki, Zöhrab Mnaçakanyanın anlaşmadan sonra susması ilk növbədə diplomatiyanın, o cümlədən ordunun məğlubiyyətidir.

Nəşr daha sonra yazır: “Bizə bir gün əvvəl Xarici İşlər Nazirliyinin rəhbərliyinin toplandığını və Nikol Paşinyanın belə bir mətni imzalayacağından xəbərsiz olduğunu söylədilər. Bu, XİN üçün əsl sürpriz olub. Toplantı iştirakçıları belə anlaşmanın imzalanmasını eşidərkən son dərəcə qəzəbləniblər. Onlar nazirə əvvəlcə inanmayıblar. Sonra həqiqət olduğunu bildikdən sonra Zöhrab Mnaçakanyanı da ağır ittiham ediblər. Nazir müavinlərindən biri bu teatra üzv olmaq istəmədən toplantını yarıdan tərk edib. Xarici İşlər Nazirliyinin illərdir bu və ya digər dərəcədə danışıqlar prosesinə qatılan işçilərinin əksəriyyəti hadisəni bağışlanmaz hesab edib. Onların təzyiqlərinə tab gətirməyən nazir istefa verməli oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*