Türkiyədə zooparkda qorxulu anlar yaşanıb.
KONKRET.az xəbər verir ki, Dənizli şəhərində yerləşən heyvanat aləmində dəvə oğlan uşağını ağzına alaraq havaya qaldırıb.
Belə ki, xəbərdarlıqlara məhəl qoymayan uşaq dəvəyə yaxından baxmaq istəyib və ona çox yaxınlaşanda heyvanın qəzəbinə tuş gəlib.
Dəvə oğlanın boynunu dişinə alaraq onu havaya qaldırıb. Uşaq yaxınlıqdakı valideynlərinin köməyi ilə dəvənin ağzından xilas edilib.
Hadisədən qorxu keçirən uşağa ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
