“10 nömrəli forma… ” – Baş məşqçidən Maradona ilə bağlı MARAQLI TƏKLİFbackend

"10 nömrəli forma... " - Baş məşqçidən Maradona ilə bağlı MARAQLI TƏKLİF

Ötən gün dünyasını dəyişən argentinalı əfsanəvi futbolçu Dieqo Maradona görə 10 nömrəli formanın ləğv edilməsi təklif olunub.

KONKRET.az xəbər verir ki, belə bir təklifi Fransanın “Marsel” komandasının baş məşqçisi Andre Villaş-Boaş edib.

Baş məşqçi bunun Maradonaya verilən ən yüksək qiymət olacağını bildirib:

“Maradona haqqında xəbər ağır zərbədir. FIFA-nın bütün turnirlərdə komandalar üçün 10 nömrəli formanı dövriyyədən çıxartmasını istərdim. Maradonanın gedişi bütün dünya futbolu üçün inanılmaz itkidir”.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.

Bu gün Argentinadakı Kasa Rosada prezident sarayında Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*