Moskva və Bütün Rusiyanın Patriarxı: “Qarabağdakı sülh bütün vasitələrlə qorunmalıdır”backend

Moskva və Bütün Rusiyanın Patriarxı: "Qarabağdakı sülh bütün vasitələrlə qorunmalıdır"

“Çoxdan gözlənilən sülh gəldi. Biz də bu sülhə öz qatqımızı vermək istəyirik. Qafqaz Müsəlmanları İdarəsinin başçısı ilə Moskva və Bütün Rusiyanın Patriarxı son dəfə görüşəndə mövcud problemləri müzakirə edərkən üçtərəfli danışıqlar ideyası yarandı”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Rossiya-24” telekanalına müsahibəsində Rus Pravoslav Kilsəsinin Xarici Kilsələrlə əlaqələr Departamentinin sədri Metropolitan Hilarion (Alfeyev) söyləyib. Metropolitan daha sonra deyib: “Düşünürəm ki, indi bu formata qayıtmağın vaxtı çatıb.  Ümid edirəm ki, Ermənistan və Azərbaycanın dini liderləri arasında danışıqlar yaxın zamanlarda Moskva Patriarxının vasitəçiliyi ilə yenidən başlayacaq və bundan sonra ərazilərdəki dini yerlərin bərpası və normal işləməsi ilə bağlı məsələləri həll etmək mümkün olacaq”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*