Axtarış-xilasetmə əməliyyatlarının hələ tam başa çatmamasına baxmayaraq, 12 ölkə Türkiyədə işləri dayandırıb.
KONKRET.az xəbər verir ki, xilasetmə missiyasının başa çatdığını xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlayıb. Lakin o, söhbətin hansı ölkələrdən getdiyini deməyib.
Xatırladaq ki, bundan əvvəl alman və avstriyalı xilasedicilərin öz ölkələrinə yola düşdüyü bildirilmişdi.
Qeyd edək ki, xilasedicilərin öz ölkələrinə qayıtmasının səbəbləri beynəlxalq mətbuatda müzakirə olunur. Bildirilir ki, əhali arasında aqressiya güclənir, onlar xilasediciləri işin ləng getməsində və şanslarının az olmasında ittiham edirlər.
Günel Mikayılova,
KONKRET.az
