13 yaşlı Dilarə zəlzələ haqqında danışdı: Daşlar başımıza düşməyə başladı…backend

13 yaşlı Dilarə zəlzələ haqqında danışdı: Daşlar başımıza düşməyə başladı...

Elazığın Sivrice mahalında 6.8 bal gücündə zəlzələnin olduğu Malatyanın Doğanyol və Pütürge rayonlarında yaşayan vətəndaşlar gündəlik həyatlarını davam etdirir.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, evləri zədələnən və hazırda çadırda qalan 13 yaşlı Dilara Korkut zəlzələdə çox qorxduğunu söyləyib: “Daşlar damdan düşməyə başladı. Böyük bacım çıxdı, birdən qapı bağlandı və elektrik kəsildi. Anam, mən və böyük bacım içəridə qaldıq. Ən qısa zamanda çölə çıxmağa çalışdıq. Pilləkənlərimiz qırılmaq istəyirdi. O zaman dərhal bayıra çıxdıq”. Ötən cümə günü saat 20.55-də Elazığın Sivrice rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin şiddətli hiss olunduğu Malatyanın Doğanyol və Pütürge rayonlarında yaşayan vətəndaşlar üçün çadır qurulub. Zərbələrin davam etdiyi bölgələrdə evlərinə girə bilməyən vətəndaşlar gündəlik həyatları çadırda davam etdirməyə çalışırlar. Zəlzələdən zərər çəkmiş bölgələrdə insanlara yorğan, yastıq, yemək, içki və geyim paylanılıb.

“BÖYÜK BİR ÜZÜNTÜ, ACI İÇƏRİSİNDƏYİK”

Zəlzələdə həyatını itirən ana Gazal Say və oğlu Yusuf Ali Saya qohum olan Yaşar Say böyük qorxu və çaxnaşma yaşadıqlarını qeyd edib: “Çox kədər içindəyik, ancaq bunun Allahdan gələn bir şey olduğunu bilirik. Gündəlik həyatda istifadə edə biləcəyimiz hər şeyi dövlətimiz bizə verdi, Allah hamını qorusun”. “HEÇ BİR ƏŞYAMIZ QALMADI” Üç qızı və həyat yoldaşı zəlzələ nəticəsində yaralanan Mahir Korkut evinin dağıldığını söyləyib: “Prezidentimiz, nazirlərimiz hamısı gəldi, bizi tək qoymadılar. Bizə lazım olan hər şeyi gətirdilər, Allah qorusun”. “ÖMRÜMDƏ BELƏ BİR ZƏLZƏLƏ YAŞAMADIM” Mahir Korkutun 13 yaşlı qızı Dilara Korkut zəlzələdə yaşadıqlarına bu sözləri əlavə edib: “Çox qorxdum, ömrümdə belə bir zəlzələ yaşamadım. Bizə çadır verilib. Şükür Allaha, çadırda yaşayırıq”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*