14 hərbçinin ölümündən sonra daha bir sərt addım – 3 yüksək vəzifəli şəxs də işdən çıxarıldıbackend

14 hərbçinin ölümündən sonra daha bir sərt addım - 3 yüksək vəzifəli şəxs də işdən çıxarıldı 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifəsindən azad edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Akorde” nəşri məlumat yayıb.

Prezidentin sərəncamları ilə Kanış Abubakirov müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edilib. Almaz Cumakeyev müdafiə nazirinin müavini vəzifəsindən uzaqlaşdırılıb. Kanat Niyazbekov isə Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, bundan əvvəl, sentyabrın 27-də Tokayev müdafiə naziri Dauren Kosanovu da vəzifəsindən azad edib və onun yerinə Aydos Mırzahmetovu təyin edib.

Kadr dəyişiklikləri Qazaxıstanın Xəzər dənizində hərbi təlimlər zamanı baş vermiş ağır faciəsindən sonra həyata keçirilir. Sentyabrın 24-də təlimlər zamanı 17 hərbçini dənizə aparıb. Onlardan 3-ü xilas edilib, 14 hərbçi isə həlak olub.

Hadisə Qazaxıstanın Manqistau vilayəti ərazisində, “Xəzər Qalxanı-2026” hərbi təlimləri zamanı baş verib. İlkin məlumatlara görə, qəza kəskin hava şəraiti və güclü küləklə əlaqəli olub. Hadisənin bütün təfərrüatları ilə bağlı araşdırma aparılır.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*