“14 il əvvəl oğlumu itirmişəm, amma sanki 14 saat əvvəl olub. Hər şey mənim üçün hələ də təzə, istidir”.
KONKRET.az xəbər verir ki, bu sözləri “TV1”ə özəl açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anası Şamama İbrahimova deyib.
O, bu gün türk dünyasının fəxr etdiyi övladı M.İbrahimovla qürur duyduğunu qeyd etdi.
Ş.İbrahimova analara səslənərək, övladlarını vətənpərvərlik ruhunda böyütməyi tövsiyə edib.
Daha ətraflı süjetdə: