Bu fotoşəkil Keniyada çəkilib. Əllərində avtomat silah olan mühafizəçilər şimal ağ kərgədanının məlum olan sonuncu erkəyini — Sudanı qoruyurlar.
KONKRET.az xəbər verir ki, Sudan brakonyerlərdən qorunmaq üçün Keniyadakı Ol Pejeta qoruğunda gecə-gündüz mühafizə olunurdu. O, 19 mart 2018-ci ildə 45 yaşında ölüb.
Sudanın ölümündən sonra Yer üzündə şimal ağ kərgədanının cəmi iki dişisi qaldı — onun qızı Nacin və nəvəsi Fatu.
Bu gün alimlər müasir reproduktiv texnologiyaların köməyi ilə bu yarımnövü tamamilə məhv olmaqdan xilas etməyə çalışırlar. Onlar sağ qalan dişilərin yumurta hüceyrələrindən və ölmüş erkəklərdən götürülərək dondurulmuş spermadan istifadə etməklə şimal ağ kərgədanının embrionlarını yaratmağa çalışırlar.
Rəsmiyyə Şərifova,
KONKRET.az
