“15 dəqiqədən sonra kimin “böyük güc” olduğunu görəcəyik: ABŞ, yoxsa Çin?” – Kadırovbackend

“15 dəqiqədən sonra kimin “böyük güc” olduğunu görəcəyik: ABŞ, yoxsa Çin?” - Kadırov

“15 dəqiqədən sonra kimin “böyük güc” olduğunu görəcəyik: ABŞ, yoxsa Çin?”.

KONKRET.az xəbər verir ki, bunu Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz teleqram kanalında yazıb. O, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərini şərh edib.

“15 dəqiqədən sonra “böyük güc”ün kim olduğunu görəcəyik: ABŞ və ya Çin? Biz özümüz haqqında hələ danışmırıq”,- deyə o yazıb.

Qeyd edək ki, son iki həftənin əsas intriqası ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı vəziyyətdir.

Adanı özünün əyaləti hesab edən Çin Pelosinin hərəkətlərini daxili işlərə müdaxilə adlandırır və hərbi cavaba qədər sərt cavab verməklə hədələyir.

Pekin cümə günü Cənubi Çin dənizində təlimlərə başlayıb. Çin Xalq Azadlıq Ordusu ölkənin cənub-şərqində qüvvələr toplayıb. Çində sadə insanlar da qətiyyətlidir.

Nensi Pelosini gətirən xüsusi reys bu gün, avqustun 2-də, Bakı vaxtı ilə saat 18.44 radələrində Taypey hava limanına enib.

Çinin etirazına və hədəsinə baxmayaraq, Pelosinin Tayvana səfərinə görə Si Cinpion qırıcılarını Tayvana göndərib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*