ABŞ-də 5 noyabr seçkiləri yaxınlaşdıqca, siyasi atmosferdə gərginlik artır.
KONKRET.az xəbər verir ki, dünən axşam Nümayəndələr Palatası daxili işlər naziri Aljeandro Mayorkasın istefaya göndərilməsi üçün çox cüzi səs fərqi ilə qərar qəbul edib. ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən səsvermədə respublikaçıların immiqrasiya siyasətinə görə ittiham edilən Daxili İşlər naziri Aljeandro Mayorkasa qarşı iki impiçment maddəsi qəbul edilib.
Beləliklə, o, 150 ildə vəzifəsindən azad edilən ilk nazir olub. 1876-cı ildən bəri ilk dəfə bir kabinet üzvünün Nümayəndələr Palatası tərəfindən impiçment elan edilməsinə baxmayaraq, onun vəzifəsini davam etdirib-etdirməyəcəyinə demokratların üstünlük təşkil etdiyi Senat qərar verəcək.
Respublikaçılar onu ABŞ-Meksika sərhədindən rekord sayda immiqrant axınına səbəb olmaqda və Konqresə yalan bəyanatlar verməkdə ittiham edən iki impiçment maddəsini qəbul ediblər.
Lakin Demokratların rəhbərlik etdiyi Konqresin Mayorkasın impiçmentinə səs verməsi çətin görünür.
Ariz Həsənoğlu,
KONKRET.az
