16 yaşlı yeniyetmə itkin düşdü – FOTObackend

16 yaşlı yeniyetmə itkin düşdü - FOTO

Balakəndə yeniyetmə itkin düşüb.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Katex kəndində baş verib. Kənd sakini 16 yaşlı Nəbiyev Ehtiram Etibar oğlu yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a bildirib ki, hadisə ilə bağlı Balakən rayon Polis Şöbəsinə müraciət edilib.

Onun sözlərinə görə, E. Nəbiyevin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*