“Zakir Həsənov medal biabırçılığına görə istefa verməlidir” – QAZİ REY KƏRİMOĞLUbackend

"Zakir Həsənov medal biabırçılığına görə istefa verməlidir" - QAZİ REY KƏRİMOĞLU

Təkcə medal və ordenlərlə təltifə görə baş vermiş rüsvayçılığa görə müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbərliyindəki əksər generallar istefa verməlidir! Ali Baş Komandandan, döyüşçülərdən, xalqdan üzr istəyib istefa verməlidirlər ha, elə belə yox! Azacıq ədalətləri (vicdan yazmıram də…) olsa belə edərlər! Belə şey olar?”

KONKRET.az xəbər verir ki, bu açıqlamanı ilə 1-ci Qarabağ Vətən müharibəmizin qazisi,eyni zamanda Qazilər.az saytı rəhbəri Rey Kərimoğlu verib.

Qazimizin belə bir sərt açıqlama verməsinə səbəb isə bu gün 44 günlük 2-ci Qarabağ Vətən müharibəmizdə iştirak etmiş döyüşçülərin verilən medallardan kənarda qalmasıdır.

Rey Kərimoğlu bildirib ki,döyüşməyən nə qədər adama medal veriblər, amma döyüşüb, yaralanan nə qədər əsgər kənarda qalıb:

“Z.Həsənov və komandasının yarıtmaz fəaliyyəti o boyda möhtəşəm qələbəni gözdən salmaqla məşğuldu!Heç sənədləşdirmə çox zəif olan 90- cı illər də belə biabırçılıq olmamışdı ey…”   (Manset.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*