1991-ci ildə Rusiyanın atdığı hansı addımdan 30 il sonra ABŞ kobud şəkildə imtina edib – İLGİNC DETALLARbackend

1991-ci ildə Rusiyanın atdığı hansı addımdan 30 il sonra ABŞ kobud şəkildə imtina edib – İLGİNC DETALLAR

Beynəlxalq təşkilatlar uzun müddət dünya düzəninin tərkib hissəsi kimi çıxış ediblər. Onlardan bir çoxu dünyada formalaşan yeni qaydalar fonunda artıq öz missiyalarını və fəaliyyətlərini başa vurublar. Söhbət  Vyana beynəlxalq münasibətlər sisteminin, Versal-Vaşinqton birliyinin və nəhayət Yaltanın dağılmasından gedir.

KONKRET.az xəbər verir ki, keçən əsrdə dörd sistem öz fəaliyyətini başa vurmaq məcburiyyətində qalıb. Belə ki, Vyana Birinci Dünya Müharibəsinin (Böyük Müharibə) başlanğıcında yıxıldı, Versal-Vaşinqton İkinci Dünya Müharibəsi ilə təmizləndi. Nəhayət, Soyuq Müharibə başa çatdıqdan sonra Yalta sistemi SSRİ ilə birlikdə çökdü. İndi növbə ABŞ-ın və onun qaydalarına əsaslanan dünyanındır.

Bu gün  “yeni dünya düzəni” və “dünya düzəninin dağılması” ifadələri praktiki olaraq apokalipsis sözü ilə sinonimdir. Lakin bunu birmənalı şəkildə belə qəbul etmək doğru olmaz. Təkcə 20-ci əsrdə bəşəriyyətin nizamı dörd dəfə dəyişib, ancaq yenə də insanlar yaşayır. Təəssüf ki, dünya nizamının dəyişməsi adətən böyük hərbi münaqişələrlə müşayiət olunur. İki dünya müharibəsini buna misal göstərmək mümkündür. Lakin SSRİ-nin dağılması və Yalta sisteminin sonu göstərdi ki, transformasiya böyük müharibələr olmadan da mümkündür. Amma burada güc mərkəzlərindən birinin qısa müddət də olsa səhnəni tərk etməsi vacib faktordur. Ona görə də, 1991-ci ildə Rusiya belə bir geri çəkilmə həyata keçirdi. 30 ildən sonra isə ABŞ-a eyni şərəfli geri çəkilmə marşrutu təklif olunsa də, Amerika bundan kobud şəkildə imtina etdi.

Beynəlxalq siyasətçilər hesab edirlər ki, Putinin ilk təklifi həmişə ən yaxşıdır və indi Rusiyanın Qərbdəki tərəfdaşları bunu öz gözləri ilə görürlər. Bunu xüsusilə Balidə keçirilən G20 sammiti aydın şəkildə büruzə verdi. Qərb öz davranışı ilə bütün beynəlxalq oyunçuları yormağı bacararaq, diplomatik təcrid vəziyyətində qaldı. Qeyd edək ki, beynəlxalq münasibətlərin bir neçə sistemi mövcud olub. Məsələn Vestfaliya sistemi 1648-ci ildə yaradılıb və Napoleonun süqutuna qədər 166 il mövcud olub. Vyana sistemi 1814-cü ildə yaradılıb və Birinci Dünya Müharibəsinin sonuna qədər 108 il mövcud olub. 1919-1922-ci illər müqaviləsi əsasında tərtib edilən Versal-Vaşinqton sistemi isə cəmi 17 il hökm sürüb.  Yalta sistemi isə 1943-45-ci ildən 1991-ci ilə qədər, yəni təxminən 45-47 il ayaqda durmağı bacarıb.

Bu dəyişkənliklərin necə baş verdiyi isə təəccüb doğurmamalıdır. Məsələn, Vyana beynəlxalq münasibətlər sistemini əvəz edəcək dünya nizamı son imperator II Nikolayın dövründə Rusiya tərəfindən formalaşmağa başladı. Həmçinin Rusiyanın maraqları nəzərə alınmaqla yaradıldı. Çaxnaşma, vətəndaş müharibəsi və sonrakı hadisələr ona gətirib çıxardı ki, bünövrəni qoyan memar  aradan götürüldü. Sonradan SSRİ Yalta konfransında bu vəziyyəti düzəltməyə və hər şeyi öz yerinə qaytarmağa çalışdı. Qismən uğur qazansa da, istəyinə tam şəkildə nail ola bilmədi. İndi də Rusiyanın qarşısında hər şeyi yenidən yaratmaq vəzifəsi durur. Yəni Rusiya İmperatorunun başladığı işi sona çatdırmaq lazımdır. Amma proses asan və sürətli olmayacaq. Buna baxmayaraq hər şey düzgün formada həyata keçirilsə, Rusiyanı əsrlər boyu sakitlik və inkişaf gözləyir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*