21 ölü, 988 yoluxma – Türkiyədə son koronavirus STATİSTİKASIbackend

21 ölü, 988 yoluxma - Türkiyədə son koronavirus STATİSTİKASI

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 21 nəfər ölüb.

KONKRET.az-ın xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Ölkədə son sutkada daha 988 nəfərdə koronavirus aşkarlanıb.

Nazir qeyd edib ki, son 24 saatda 54234 şübhəli koronavirus testindən keçib, onlardan 988-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4630 nəfər ölüb, 167410 nəfər bu infeksiyaya yoluxub, 131778 nəfəri isə müalicə olunub.

Bu gün 926 xəstə evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*