ABŞ-da 2169-cu ildə üç ay yaşadığını iddia edən zaman səyahətçisi tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Belə ki, 64 yaşlı Cek Rodson adlı şəxs müsahibəsində bildirib ki, o, 2169-cu ildə üç ay yaşayıb.
Həmçinin o, zaman səyahətinin mümkünlüyünü təsdiq və ya təkzib etmək məqsədi daşıyan Spacetime eksperimentinin keçmiş iştirakçısı olduğunu qeyd edib.
Cek yaxın gələcəkdə dünyada baş verəcək hadisələrdən də əminliklə danışıb.
İqbal Rzayev,
KONKRET.az
