24 ölkə “Bayraktar TB2” pilotsuz uçuş aparatı almağı planlaşdırırbackend

24 ölkə “Bayraktar TB2” pilotsuz uçuş aparatı almağı planlaşdırır

Dünyada türk PUA-larına tələbat artmaqdadır. Artıq 24 ölkə “Bayraktar TB-2” almaq niyyətindədir.

KONKRET.azAkşam“a istinadən xəbər verir ki, bu barədə “Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraktar bildirib.

“Bu günə qədər “Bayraktar TB-2” 24 ölkədən sorğu alıb. Sifarişlər və ixrac müqavilələri imzalanıb. Bu rəqəm hər gün artır. Onların bəziləri Şərqi Asiyadan, bəziləri Avropadandır. Dörd ölkədə də “AKINCI”ya tələbat var. Onlarla ixrac müqaviləsi imzalanıb”, –  Bayraktar deyib.

Bildirilib ki, “Baykar Makina” şirkəti Ukraynada pilotsuz təyyarələrin istehsalı üzrə zavod tikməyi planlaşdırır.

Qeyd edək ki, “Bayraktar TB-2” 150 km əhatə dairəsinə malik operativ-taktiki zərbə PUA-dır. O, idarə olunan silahları daşıya bilir və 12-24 saat havada qalır.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*