“27 sentyabr erməni təqvimində matəm günü olmamalıdır” – Baqramyanbackend

“27 sentyabr erməni təqvimində matəm günü olmamalıdır” - Baqramyan

“27 sentyabr erməni təqvimində matəm günü olmamalıdır. Oğrulara, rüşvətxorlara, satqınlara, populistlərə və yalançı vətənpərvərlərə qarşı laqeyd olduğumuz üçün böyük və dəhşətli bir bədəl ödədik. Bu ölkədə yaşamağımıza baxmayaraq biz özümüzü cavabdeh və məsuliyyətli aparmadıq, dövlətimizin sahibi kimi davranmadıq. Bütün bunların cəzasını çəkdik”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri erməni bloger Baqramyan səsləndirib:

“Biz reallığı fərqli şəkildə qəbul edir, gələcəyi fərqli şəkildə görürük. Ancaq bir məsələdə həmrəy olmalıyıq, bir -birimizdən asılı olmalıyıq və bir -birimizə dəstək durmalıyıq. Birlikdə güclənməli və ümumi evimizi – Ermənistanı gücləndirməliyik. Bunu daha əvvəl anlaya bilərdik, ancaq 27 sentyabrda dərk etdik” – deyə bloger vurğulayıb.

Baqramyan əlavə edib ki, bu gün həm bizim, həm də gələcək nəsillərimiz üçün təkcə yeni Ermənistanın deyil, həm də yeni erməniliyin başlanğıcı olmalıdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*