32 milyon ağcaqanad təbiətə buraxılır – İnsanlara fayda verəcəklərbackend

32 milyon ağcaqanad təbiətə buraxılır – İnsanlara fayda verəcəklər

ABŞ-də təhlükəli virusların yayılmasının qarşısını almağa yönəlmiş yeni layihə hazırlanır.

KONKRET.az xəbər verir ki, “Google”un sahibi olan Alphabet şirkətinin Verily bölməsi denge qızdırması, Zika virusu və sarı qızdırma kimi xəstəliklərin daşıyıcısı olan ağcaqanadların sayını azaltmaq məqsədilə 32 milyon xüsusi yetişdirilmiş erkək ağcaqanadı təbiətə buraxmağı planlaşdırır.

Layihəyə əsasən, təbiətə yalnız insanları sancmayan erkək ağcaqanadlar buraxılacaq. Onlar vəhşi təbiətdəki dişi ağcaqanadlarla cütləşəcək və nəticədə yumurtalar nəsil verməyəcək. Bir neçə nəsildən sonra virus daşıyan ağcaqanadların populyasiyasının kəskin azalacağı gözlənilir.

Şirkət həşəratların yetişdirilməsi və cinsiyyətinin müəyyən edilməsi üçün süni intellekt texnologiyalarından istifadə edir.

Layihə hazırda ABŞ-nin ekoloji tənzimləyici qurumlarının təsdiqini gözləyir. İcazə verildiyi halda ağcaqanadlar Kaliforniya və Florida ştatlarında təbiətə buraxılacaq.\\Musavat.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*