ABŞ-ın San-Fransisko sahillərində lövbər salmış 3500 nəfərlik gəmi yeni növ koronavirus (Kovid-19) təhlükəsi ilə karantinə alınıb.
KONKRET.az xəbər verir ki, Kaliforniya ştatından San-Fransiskoya yola salınan “Grand Princess” adlı gəmidə 79 yaşlı sərnişinin “Covid-19” səbəbiylə ölümündən sonra gəmi karantinə alınıb.
Qeyd edək ki, səhiyyə işçiləri bütün test nəticələrini almayana qədər gəmidən heç bir sərnişinin enməsinə icazə verilməyəcək.
