4 ay əvvəl itkin düşmüşdü – Meyiti “Qanlı dərə”dən tapıldıbackend

4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı

Salyan rayonunda dörd ay əvvəl itkin düşən kişinin meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, Qarabağlı kənd sakini 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

Onun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Polisin apardığı axtarış tədbirləri nəticəsində kişinin meyiti “Qanlı dərə” adlanan ərazidə aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.\\“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*