4 hərbçinin faciəvi şəkildə öldüyü qəzanın təfərrüatıbackend

4 hərbçinin faciəvi şəkildə öldüyü qəzanın təfərrüatı

Ağdamda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

KONKRET.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, Ağdam rayonu Çuxurməhlə kəndinin ərazisində Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü İsmayıl Abdulla oğlu Abbasovun idarə etdiyi VAZ-2106 markalı və Ağdam rayon sakini 1983-cü il təvəllüdlü Sadiq Rəfail oğlu Cəfərovun idarə etdiyi “Hyundai” toqquşub.

İ.Abbasov, sərnişinləri Ağdam rayon sakinləri – 1990-cı il təvəllüdlü Faiq Xanqulu oğlu Mehdiyev, 1989-cu il təvəllüdlü Saday Yaqub oğlu Qəhrəmanov, 2002-ci il təvəllüdlü Ruslan Ramiz oğlu Novruzov hadisə yerində ölüblər. 2005-ci il təvəllüdlü İsmayıl Zaur oğlu Xəlilzadə və S.Cəfərov xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Araşdırmalar rayon polis şöbəsində aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*