42 min sayqa ovlandı – Qəzəblənmiş hökumət ovu qadağan etdibackend

42 min sayqa ovlandı - Qəzəblənmiş hökumət ovu qadağan etdi

Qazaxıstanda sayqaların ovlanması dayandırılıb.

KONKRET.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev deyib.

“Yerli alimlər və beynəlxalq ekspertlərlə məsləhətləşmələr və müzakirələrdən sonra sayqaların ovlanması dayandırılıb”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, Qazaxıstanda sayqaların sayı yaxın vaxtlarda 2,5-2,6 milyon olacaq. Sayqaların ovlanması gələn il bərpa oluna bilər.

Qeyd edək ki, Qazaxıstanda sayqalar uzun müddətdir ki, dövlətin himayəsindədir. Ənənəvi təbabətdə istifadə edilən bu heyvanların buynuzlarını əldə edən brakonyerlər onu baha qiymətə satır. Kütləvi ovlanma nəticəsində sayqaların sayı əhəmiyyətli dərəcədə azalıb.

Yeri gəlmişkən, 2022-ci ilin iyununda o vaxtkı ekologiya naziri Serikkali Brekeşev bildirmişdi ki, Qazaxıstanda sayqaların sayı o qədər artıb ki, yerli fermerlərə ciddi problemlər yaranırdı. Buna səbəb isə sayqaların otlaqları məhv edilməsi göstərilirdi. Nəticədə sayqaların sayının 10% azaldılması, yəni 80 min başın məhv edilməsi qərara alınmışdı. Bu, isə ictimaiyyətin ciddi qəzəbinə səbəb olmuşdu. Prezident Kasım-Jomart Tokayev bu qərarı tənqid etsə də, proses dayanmamışdı.

Keçən ilin payızında bildirildi ki, fevral ayına qədər 42 min sayqa ovlanıb.

​Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*