Bayramda neçə gün evdə olacayıq? – Tarixlərbackend

Bayramda neçə gün evdə olacayıq? - Tarixlər

Azərbaycanda 2027-ci ilin Yeni il bayramı ilə əlaqədar neçə gün ardıcıl istirahət ediləcəyi maraq doğurur.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1-i və 2-si isə Yeni il bayramı kimi qeyd olunur.

2027-ci ildə yanvarın 2-si şənbə gününə təsadüf edir. Əmək Məcəlləsinin müvafiq müddəalarına əsasən, bayram günü həftəlik istirahət gününə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur.

Bu qayda nəzərə alınarsa, beşgünlük iş həftəsi ilə çalışanlar üçün 31 dekabr 2026-cı ildən 4 yanvar 2027-ci il tarixinədək ardıcıl 5 gün istirahət olacaq.

Beləliklə, yanvarın 5-dən iş həftəsi başlayacaq.

Qeyd edək ki, yekun istirahət günləri 2027-ci il üçün təsdiqlənəcək rəsmi istehsalat təqvimində dəqiqləşdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*